Pəncərə silən 29 yaşlı qadın yıxılıb öldü

HADİSƏ 06 iyl 2024, 11:39
Pirallahı rayonunda gənc qadın bədbəxt hadisə nəticəsində ölüb.

Demokrat.az xəbər verir ki, 29 yaşlı İlahə Hacıyevə yaşadığı mənzilin pəncərəsini silərkən yıxılıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin ehtiyatsızlıq, yoxsa cinayət olduğunu müəyyən etmək məqsədi ilə rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top