Əfsanəvi futbolçu bu gündən karyerasını bitirdi

İDMAN 05 iyul 2024, 23:57
Almaniya millisinin heyətində 2024-cü il Avropa Çempionatının 1/4 final matçında İspaniya millisinə qarşı oynayan alman futbolçu Toni Kross karyerasının son matçına çıxıb.

Redaktor.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2023/24 klub mövsümündən sonra futbolu tərk etdiyini açıqlayıb. 2024-cü il Avropa Çempionatında iştirak etmək üçün Kross milli komandaya qayıtdı və turnirin onun karyerasında sonuncu olacağını bildirdi.

Kroos karyerası ərzində 800-dən çox oyun keçirib, altı dəfə Çempionlar Liqasının qalibi olub və dörd dəfə İspaniya çempionu olub. Almaniya millisinin üzvü kimi 2014-cü ildə dünya çempionatının qalibi olub.

Xatırladaq ki, iyulun 5-də Almaniya İspaniyaya uduzub. Ştutqartdakı "Mercedes-Benz Arena"da keçirilən qarşılaşma 2:1 hesabı ilə başa çatıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top