Xalq artisti "Vogue Kraliçası" oldu — VİDEO/FOTO

ŞOU-BİZNES 05 iyl 2024, 13:02
Xalq artisti Aygün Kazımova uzun müddətdir anons etdiyi “S.O.S” adlı yeni layihəsini sevənlərinin ixtiyarına verib. 
 
Demokrat.az xəbər verir ki, Pop kraliça bu dəfə də məşhur türkiyəli rejissor Selim Akara müraciət edib.
 
Ekran işində Kazımovanı "Vogue" tərzində rəqs edən 15 rəqqas müşayiət edib. İddialı layihə üzərində 60 nəfərdən ibarət yaradıcı heyət çalışıb. Çəkiliş üçün türkiyəli şoumen Okan Bayülgenin sahibi olduğu "Dada Salon Kabarett" bağlatdırılıb. 
 
Onu da qeyd edək ki, ölkəmizdə bu günə kimi "Vogue" rəqs tərzinə müraciət edən ifaçı olmayıb. Aygün Kazımova klipində “Vogue” rəqs tərzinə müraciət edən ilk müğənni olub.
 
Klipdə əsas yaradıcı insanlardan biri də dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıldır. O, çəkiliş zamanı Aygün Kazımovanı tək qoymayıb.
 
Mahnının sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aiddir.





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top