Satıcılar narazıdırlar: Qarpızın bazar qiyməti niyə aşağıdır? — VİDEO

SOSİAL 05 iyl 2024, 09:05
Artıq bir neçə gündür ki, Sabirabadda bostan sahələrində qarpız yığımına başlanıb.

Fermerlər bildiriblər ki, bu il qiymətlər ötən illə müqayisədə xeyli aşağıdır. Onlar bunun səbəbini məhsulun bol olması, həmçinin havanın son günlər qeyri-sabit keçməsi ilə əlaqələndirirlər.

"Mart ayından əkilən qarpızdır. Qiymət qane etmir. 50 qəpikdən satmağa başladım, 25 qəpiyə kimi enmə olub. İki hektar sahəyə təxminən 14 min manat pul qoymuşam. Toxuma, fəhlə puluna xərc çox çıxır, baha başa gəlir", - fermer narazılığını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 21:24
Top