Bakıda qız atasını bıçaqladı

HADİSƏ 04 iyl 2024, 16:32
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı qız atasını bıçaqlaması məlum olub. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlunu qızı Anastasiya Xəlilova tərəfindən bıçaqlandığı üzə çıxıb. 

Anastasiya Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Anastasiya Xəlilovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top