"Mülk söhbətləri yazılmasın" — Əhmədin vəkili

HADİSƏ 04 iyl 2024, 14:07
"Əhməd Əhmədovun hüquqi varisinin kim olacağı sirr kimi qalır. Məhkəmə prosesinin sonunda bu barədə məlumat veriləcək".

Demokrat.az xəbər verir ki, bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsində bugünkü proses zamanı Əhməd Əhmədovun vəkili və nümayəndəsi Sənan Hüseynov deyib.

O bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq:

"Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəyəm. Ə.Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlı fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki, mülk söhbətləri yazılmasın, ailənin yaxınları da bu məsələdən dolayı çox əziyyət çəkirlər", - deyə vəkil Sənan Hüseynov qeyd edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top