Vahid tələbə kartı yaradılır — İctimai nəqliyyatda endirimlər ola bilər

SOSİAL 03 iyul 2024, 13:33
27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.

Bəs vahid tələbə kartı ilə tələbələrə hansı imtiyazlar veriləcək?

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Təhsilin İnkişafı Fondundan Trend-ə bildirilib ki, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilə imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması planlaşdırılır.

"Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Bu imkanlar restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaqdır. Bundan əlavə, kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər", - deyə bildirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov vahid tələbə kartlarının üstünlüklərini şərh edərkən deyib ki, vahid bir kartdan istifadə olunması, tələbələrin bütün xidmət sahələrində endirimlərdən istifadə eləməsini gətirib çıxaracaq, həmçinin onların öz maliyyə münasibətlərini belə bu kart vasitəsindən həyata keçirə biləcəklər.

Məsələn, tələbələr üçün xüsusi endirimlərin edilməsinə həm ictimai nəqliyyatda ola bilər,həmçinin müəyyən dükkanlarda, restoranlarda, xidmət sahələrində imkan verəcək. Bu, dünyanın inkişaf etmiş ölkələrində olan bir təcrübədir.

Nəzərə alsaq ki, bizim 51 alitəhsil müəssisində 190 minə yaxın tələbəmiz var. Bu o, deməkdir ki, tərəbələr arasında vahid platforma istifadə eləmək imkan yaranacaq , mütəmadi olaraq, tələbələr üçün güzəştlər, kampaniyalar olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top