"İnsanlığıma görə əziyyət çəkirəm. Bir adamı ilk dəfə görəndə elə bilirəm ki, on ildir onu tanıyıram. Elə bilirəm özüm kimidir. Hər zaman insanlardan özüm kimi olmağı tələb edirəm. Amma bundan əziyyət çəkirəm. İndiki zamanda nankorlar çoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Rəngarəng səhər" proqramında deyib. Qarmon ifaçısı kişinin xəyanətindən danışıb. O bildirib ki, xəyanəti bağışlamaq lazımdır:
"İndiki məqamda pul insanın üzünün ağıdır. Amma insan gərək pula satılmasın. Hamımız pulu çox istəyir. Mən pul qazanan kişinin səhvini bağışlayardım. Tək qadınam, Allahdan başqa pənahım yoxdur. Bir qadın ki, gecə fikirləşir sabah haradan çörək pulu qazanım. Bəzən kişi qazanır, qadın bilmir çörək, işıq, su pulu haradan gəlir. Qadın tək olanda isə hər şeyi özü düşünür. Sevgi kəndara kimidir. Kişini bağışlamaq olar, çünki sənə əziyyət vermir. Kişinin Allah gözünü əvvəldən şor edib. Gözəl xanım görəndə mən qadınlığımla baxıram. Bu, kişi nə etsin? Kişi fəhlə, qadın bənna olar. Bəzən kişi qazanır gətirir, ortada heç nə olmur. İlan yolunu əyri gedir. Hara getsə, evinə qayıdacaq. O qadın ki, deyir ərim gəzmir, özünü aldadır.".