Dövlət qulluqçularının maaşındakı artım orta aylıq əməkhaqqıdakı artımdan niyə geri qalır?

İQTİSADİYYAT 27 iyn 2024, 13:31
"Dövlət qulluqçularının orta aylıq əməkhaqları ötən il əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 1933 manata çatıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bununla belə, ötən il ölkə üzrə orta aylıq nominal əməkhaqqı 11,2 faiz yüksəlib".

Demokrat.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.

Onun sözlərinə görə, statistik müqayisə göstərir ki, dövlət qulluqçuların maaşlarındakı artım ölkə üzrə orta aylıq əməkhaqqı artımından aşağı olub.

"Yəni, Azərbaycanda əmək müqaviləsi ilə çalışanların orta maaşları dövlət qulluqçularının əməkhaqları ilə müqayisədə 2,9 faiz bəndi daha çox yüksəlib.

Dövlət qulluqçularının maaşlarındakı artımın ölkə üzrə orta aylıq artım səviyyəsindən geri qalmasının səbəbləri nədir?

Rəsmi statistikaya görə, ötən il 1 milyon 741 min nəfər əmək müqaviləsi ilə çalışıb. Onlardan 899 min nəfər dövlət sektorunda, 842 min nəfəri isə özəl sahədə fəaliyyət göstərib. Digər tərəfdən, özəl sektorda çalışanların sayı isə ötən il 12,1 min nəfər artıb. Yəni, artıq özəl sektorda çalışanların sayı dövlət sektorunda muzdla işləyənlərin sayına çatmaqdadır. Özəl müqavilələrin sayının artması ölkə üzrə müqayisəli şəkildə daha yüksək maaş artımına səbəb olub", - deyə vəkil məlumat verib.

Millət vəkili həm də, digər tərəfdən, gizli məşğulluğun leqallaşdırılması da əməkhaqqı fərqlərinə təsir göstərdiyini deyib.

"Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayının artması məşğulluğun ağardılması ilə də birbaşa bağlıdır. Bu sahədəki islahatlar ölkə üzrə ümumi rəsmi əməkhaqqı fondunu artırıb. Nəticədə ölkə üzrə nominal əməkhaqqı dövlət qulluqçularının maaşlarına nisbətən daha çox artıb", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top