“Quru sərhədlərin bağlı saxlanılması vacibdir” — Elmar Məmmədyarov

DAXİLİ SİYASƏT 26 iyun 2024, 17:45

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Digər region ölkələrində müşahidə olunan qeyri-stabil vəziyyəti, terror aktlarını, xarici təhdidləri nəzərə alsaq, bu addımı məntiqli hesab etmək olarmı?

Demokrat.az xəbər verir ki, Sabiq xarici işlər naziri Elmar Məmmədyarov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. 

O bildirib ki, bu addım təhlükəsizlik baxımından vacib tədbirdir:

“Əvvəlcə COVID-19 virusuna görə sərhədlər bağlanmışdı. Hazırda karantin rejimi davam etdirilir. Bu addımın məntiqi əsasları var. Dağıstanda sinaqoq və kilsəyə hücum, Rusiyada baş verən son terror aktı, dünyada baş verən ixtişaşlar, qaçqın axını və s. kimi risklər sərhədlərin bağlı qalmasının labüdlüyünü göstərir. Bu, karantin rejimindən fərqli bir elementdir. Məncə, müvafiq qurumlar xalqın təhlükəsizliyini düşünürlər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top