Mahaçqaladakı terrorçuların arasında Dağıstandakı vilayət rəhbərinin oğulları da olub

GÜNDƏM 23 iyun 2024, 23:48

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk vilayətinin başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərov da olub.

Bu barədə “Baza” teleqram kanalı yazıb.

Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı “Kommersant”a təsdiqləyib.

Öz növbəsində “TASS” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top