Türkiyə XİN Ermənistanın Fələstini dövlət kimi tanımasını müsbət qarşılayıb

XARİCİ SİYASƏT 21 iyn 2024, 17:09
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın Fələstini dövlət kimi tanıması qərarını müsbət qarşılayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“İspaniya, İrlandiya, Norveç və Sloveniyadan sonra Ermənistanın Fələstin dövlətini tanımaq qərarı bizi sevindirir.

Əvvəllər də həmişə vurğuladığımız kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir. Türkiyə olaraq daha çox ölkənin Fələstini tanıması üçün səylərimizi davam etdirəcəyik”, - Türkiyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, bu gün Ermənistan XİN Fələstinin dövlət kimi tanınması barədə bəyanat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top