"Qərb mərkəzli imperialist dairələr Gürcüstana qarşı ədalətsizlik nümayiş etdirir" — AÇIQLAMA

GÜNDƏM 21 iyn 2024, 15:20
 Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib ki, Gürcüstan xarici siyasətdə iki əsas prioritetə sadiqdir - bu, Avropa İttifaqı və NATO-ya üzvlükdür. Ölkədə müxalifətçilərin tənqid etdiyi, Rusiyanın “Xarici Agentlər haqqında” Qanunu ilə müqayisə edilən "Xarici təsirin şəffaflığı haqqında" Qanun qəbul edildikdən sonra Avropa İttifaqı (Aİ) rəsmiləri Gürcüstanın Aİ-yə daxil olmasına şübhə etməyə başlayıblar.

Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, Gürcüstan hakimiyyətinə “Xarici Agentlər haqqında” qanun layihəsi ilə bağlı təsir göstərməyə çalışan Qərb mərkəzli imperialist dairələr Gürcüstana qarşı çox ədalətsizlik edirlər.

O, Demokrat.az-a açıqlamasında ölkələrin öz milli identikliklərini və dövlətçilik kultlarını qorumaq üçün qanunvericilikdə etdiyi müəyyən dəyişikliklərin onların xarici siyasət vektorunda bəyan etdiyi yönlərə zidd olmadığını nəzərə çatdırıb:

“Bu gün Gürcüstanı bu qanuna görə tənqid edən ölkələrin özündə də oxşar qanun çox əvvəl qəbul edilib. ABŞ-də, Fransada “Xarici Agentlər haqqında” Qanun qəbul edilib və buna görə heç kim onlara təzyiq etməyib. Bir neçə gün əvvəl Kanada da Gürcüstanda qəbul edilən qanuna bənzər qanun qəbul etdi. Heç kim buna görə Kanadaya təzyiq göstərmir. Gürcüstan hökuməti vətənpərvər və açıq mövqe nümayiş etdirir. Bu, hansısa formada onun Aİ-yə inteqrasiyasına əngəl olacaq hadisə deyil. Qərb qurumları da bunu yaxşı başa düşür, sadəcə informasiya manipulyasiyası edərək Gürcüstana qarşı linç kampaniyası həyata keçirmək istəyirdi, buna da nail olmadı”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top