DYP avtomobili niyə boş yolda sol zolağın kənarı ilə hərəkət edir? — VİDEO

GÜNDƏM 19 iyn 2024, 17:59

Respublikanın magistral yollarının birində Dövlət Yol Polisinə (DYP) məxsus avtomobilin qaydalara zidd hərəkəti sürücünün narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Göründüyü kimi, magistral yolda bütün zolaqların boş olmasına baxmayaraq, 99-YP-880 dövlət nömrə nişanlı, DYP avtomobili sarı xətti kəsərək sol kənar zolağın ayırıcı maneələrə bitişik hissəsi ilə hərəkət edir. Onun təkəri altından çıxan xırda daş və çınqılın arxadan gələn avtomobilin ön şüşəsinə çırpılması sürücünü narahat edir.

Qeyd edək ki, son vaxtlar magistral yollarda bu hala tez-tez rast gəlindiyi üçün səbəbi öyrənməyə çalışsaq da, sualımıza aydınlıq gətirə bilən olmadı.

Videonu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top