Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

DÜNYA 17 iyn 2024, 15:21
Avropa İttifaqı Krımın ilhaqına görə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini növbəti dəfə uzadıb.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı məlumatda deyilir.

“Bu gün Şura Krımın və Sevastopol şəhərinin Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaqına cavab olaraq Aİ-nin tətbiq etdiyi sanksiyaların 23 iyun 2025-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Hazırda qüvvədə olan məhdudlaşdırıcı tədbirlər ilk dəfə 2014-cü ilin iyununda tətbiq edilib. Bura Krımdan, yaxud, Sevastopoldan Aİ-yə məhsulların idxalı, habelə bu ərazilərdən infrastruktur və ya maliyyə investisiyalarına və turizm xidmətlərinə qadağalar daxildir.

Bundan əlavə, müəyyən mal və texnologiyaların Krım şirkətlərinə ixracı və ya Krımda nəqliyyat, telekommunikasiya və enerji sektorlarında və ya neft, qaz və mineral ehtiyatların kəşfiyyatı və hasilatı üçün istifadəsi də Aİ-nin məhdudiyyətlərinə aiddir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top