Jurnalist Sərxan Kamallı dəfn olundu — YENİLƏNİB

MEDİA 17 iyn 2024, 17:45
Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak ediblər.

09:54

Tanınmış jurnalist Sərxan Kamallının ölüm səbəbi açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı iyunun 16-sı saat 6:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-si saat 7:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödəmi səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilir.

08:52

Baku TV-nin əməkdaşı Sərxan Kamallı vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ötən gün insult keçirməsi səbəbindən Xətai Tibb Mərkəzinə yerləşdirildiyi, komatoz vəziyyətdə olduğu bildirilirdi.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top