Yeni "Qarfild"in gəlirləri xərclərini qat-qat üstələdi

DÜNYA 17 iyn 2024, 09:35
İyunun 16-da "Qarfild" cizgi filminin dünya miqyasındakı kassa gəliri 200 milyon dolları ötüb.

Cizgi filminin bu səviyyəyə çatması üç həftə yarım çəkib.

"Qarfild" istehsalına xərclənən puldan üç dəfə çox qazanıb. Filmin yaradılması 60 milyon dollara başa gəlib.

Qeyd edək ki, cizgi filmi Con adlı bir gənc tərəfindən himayəyə götürülən sahibsiz pişiyin hekayəsindən bəhs edir.

Qarfildin özünü Kris Patt, Vik adlı pişiyi isə Samuel L.Cekson səsləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top