Bakıda ağır yol qəzası: Bir nəfər öldü, biri ağır yaralandı

HADİSƏ 16 iyn 2024, 12:00

Bu gün səhər saatlarında Lökbatan dairəsində ağır yol qəzası baş verib.

Hadisə körpünün üstündə, rayondan qayıdan "Ford" markalı avtomobilin "KamAZ" yük maşını ilə toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb və həkimlərin nəzarəti altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili tibbi yardım xidmətləri cəlb edilib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili yolda dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top