Ali Məhkəmənin Plenum iclası keçirilib — FOTOLAR

GÜNDƏM 14 iyn 2024, 22:23

2024-cü il iyunun 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

İclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsinin müzakirəsi aparılıb və müvafiq qərar qəbul olunub. 

Sonra  “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər  üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı üzrə monitorinqin keçirilməsi müddətinin uzadılmasına dair qərar qəbul edilib. 

İclasda 2023-cü ildə Gəncə İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi  vəziyyətinə dair məlumatlar dinlənilib. 

Plenumda həmçinin konkret işlərə baxılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top