"Vətəndaşlar ictimai çimərliklərə üstünlük verməlidirlər"— Monitorinq aparılır

GÜNDƏM 11 iyn 2024, 19:23
Azərbaycanın Xəzər sahilində suyun monitorinqini aparıb. Suyun laborator təhlili göstərib ki, Bakının Buzovna, Zağulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində suyun fiziki-kimyəvi və baktereoloji göstəriciləri norma daxilindədir. Abşeronun cənub sahilində - Şıxov, Primorsk, şərq sahilində - Hövsan və Türkan, həmçinin Sumqayıt sahilində, şimalda Yalama, Nabran, İstisu, Seyidli qəsəbələrində və dənizin cənub hissəsində - Lənkəran və Astara çimərliklərində isə bakterioloji çirklənmə səviyyəsi normaya uyğun deyil. 

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Xəzər dənizinin bir çox hissələrində bakterioloji çirklənmənin normadan yuxarı olması təəccüblü deyil:



“90-cı illərdən etibarən burada böyük məskunlaşma prosesi getdi. Xüsusilə Abşeron yarımadasının cənub sahillərində çoxlu evlər tikildi. Oradan da çirkab suları birbaşa dənizə axıdılır və ya həmin sular quyulara axıdılır, qrunt suları vasitəsilə dənizə qarışır. Bunun nəticəsində də suyun fiziki-kimyəvi və bakterioloji göstəriciləri suyun təmizliyi üçün məqbul sayılmır. Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının tövsiyələri nəzərə alınmalıdır. Vətəndaşlar çirkli çimərliklərə getməkdən çəkinməlidirlər. Bu, mütxəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Vətəndaşlar ictimai çimərliklərə getməyə üstünlük verməlidirlər”. 

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top