Bakıda sərxoş kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 10 iyn 2024, 18:26
Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qasım ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba küçəsi, döngə 9-da yerləşən nömrəsiz fərdi evdə baş verib. 

Qasım arvadı Səbinə ilə ailə məişət zəminində mübahisə yaranmış və mübahisə zamanı qəsdən sifətinin sağ tərəfinə şillə zərbəsi vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Qasımın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qasım ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, birgə nikahdan 2 övladları anadan oluv: “Hadisə günü, gecə saat 23:30-da evimdə spirtli içki qəbul etdiyimdən arvadım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı qəsdən arvadımın sifətinin sağ tərəfinə şillə zərbəsi vuraraq xəsarət yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Qasımın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top