Şəmkirdə inəklər kütləvi tələf oldular: Qurumlar hərəkətə keçdi (VİDEO)

HADİSƏ 09 iyn 2024, 19:59

Şəmkirdəki fermaların birində 36 baş iribuynuzlu heyvan bir günün içində qəfildən tələf olub.

Təsərrüfat sahibi Anar Məmmədovun sözlərinə görə, hadisə heyvanlar xəstəliklərə qarşı dərmanlandıqdan sonra baş verib:

"Neastol" adı ilə aldım, 48 heyvanı çimizdirib çölə buraxdım. Bir saat ərzində 36 baş iribuynuzlu heyvan tələf oldu. Mən bilmək istəyirəm ki, bu dərman harada istehsal olunur?"

Heyvandarlıqla məşğul olan digər təsərrüfat sahibləri isə bildiriblər ki, Anar Məmmədovun istifadə etdiyi dərmanın "Neastol" məhlulu olması, ümumiyyətlə, şübhə doğurur.

Hadisədən dərhal sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələri tərəfindən müvafiq addımlar atılıb.

Qeyd edək ki, heyvanların kütləvi tələf olmasının dəqiq səbəbi AQTA-nın apardığı laborator müayinələrin nəticələri əsasında bilinəcək.

Ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top