İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldular

HADİSƏ 07 iyn 2024, 15:02
Bakıdakı hava limanında beynəlxalq axtarışa verilmiş iki nəfər tutulub.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində saxlanılıb.

Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanılıb.

Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top