"Dünya Enerji Şurası ilə COP29 çərçivəsində əməkdaşlıq müzakirə edilib"

COP29 05 iyn 2024, 16:32
Azərbaycan Dünya Enerji Şurası ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Demokrat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsidəki hesabında yazıb.

"Dünya Enerji Şurasının baş katibi Angela Uilkinsonla görüşdə qlobal enerji trendləri, Azərbaycanla təşkilatın əlaqələrinin inkişafı və COP29 zamanı əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - P.Şahbazov qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top