Günvurmadan necə qorunaq? — Həkimdən AÇIQLAMA

SOSİAL 05 iyn 2024, 13:59
Yay gəlir, qızmar istilər başlayıb. İlin bu fəslində günvurma hallarına çox rast gəlirik. 

Günvurmanın əlamətləri nədir? 

Günvurmaya məruz qalan adama ilkin tibbi yardım necə olmalıdır? 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bu məqamlara aydınlıq gətirib. 

O deyib ki,  günvurma isti havanın səbəb olduğu və insan səhhəti üçün ciddi problemlərdən biridir:

“Bir-iki saat ərzində günün isti vaxtı çöldə olan insanlar günəşin zərərli şüalarına məruz qala bilərlər. Şiddətli günvurma zamanı dəri yanıqları əmələ gələ bilər. Günvurma müxtəlif simptomlarla özünü göstərir, baş ağrısı, baş gicəllənməsi və s. 

Əgər bu zaman şəxs huşunu itirərsə, ona naşatır spirti iylədilməlidir. Xəstə uzanıq vəziyyətdə kölgəlik yerə aparılmalıdır. Xəstənin boyun, qoltuq, qasıq nahiyələrinə, haradaki limfa düyünləri yerləşir – soyuq yaş əski qoyulmalıdır. 

Ağır vəziyyətlərdə isə lazım gələrsə, xəstəyə süni tənəffüs də verilməlidir. Günvurmaya məruz qalan şəxsin xronik xəstəliyi olarsa, əlavə yardıma ehtiyac yarana bilər. Yaxşı olar ki, bu zaman həmin şəxs xəstəxanaya çatdırılsın”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top