Həbsdən çıxan kişi çimərlikdə qonşusunun övladına təcavüz etdi — MƏHKƏMƏ

KRİMİNAL 03 iyn 2024, 13:44
Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Əziz yetkinlik yaşına çatmayan Eldənizə (adlar şərti göstərilib – red.) təcavüz edib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əziz 2021-ci ilin iyunun 15-dən həmin ilin iyulun 16-dək olan müddət ərzində, müxtəlif 4 dəfə Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən çimərlikdə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə on altı yaşına çatmayan epilepsiya və əqli geriliklə formasında psixi xəstəliyi olan Eldənizlə qeyri-təbii yolla cinsi əlaqədə olub. 

Bundan başqa o, təkrarən 16 iyul 2021-ci ildə, saat 22 radələrində Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən “Çiraq” kafesinin yaxınlığında öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Eldənizə qarşı seksual xarakterli hərəkətlər edib. 

Hadisəni törədən Əzizin barəsində Cinayət Məcəlləsinin 150.2.3 (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən  Əziz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Eldəniz yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində qonşuluğunda yaşayır: “Təxminən 10 il olar ki, uşaqlara qarşı ehtirasım yaranıb. 2017-ci ildə azadlığa çıxdıqdan sonra yenə həmin hisslərim qalıb. Qonşuluğumda yaşayan Eldəniz təxminən 15 yaşındadır və bildiyim qədər onda epilepsiya, əqli geriləmə xəstəliyi var. Mən təxminən məlum hadisədən iki ay əvvəl, yəni may ayının axırlarından məhəllədə olduqda Eldənizin də yaxınlığımda gəzdiyini gördüm. Eldəniz xəstə olduğu üçün onunla zarafatlar etdim. Mənim getdikcə Eldənizə qarşı hisslərim yaranmağa və ondan xoşum gəlməyə, onu sevməyə başladım. Cəza çəkən müddətdə ümumiyyətlə qadınlara qarşı olan hissim ölüb. Bu səbəbdən artıq neçə il idi ki, qadınlara qarşı hər hansı hissim yaranmayıb. Eldənizə qarşı hissim yarandıqdan sonra onu özümə qarşı isindirməyə başladım. Birinci dəfə Eldənizi məhəllədə gördükdə yanıma çağıraraq ona dönər alaraq verdim. Onunla birlikdə məhəllədə olan oturacaqda oturdum. Eldəniz dönəri yediyi müddətdə ona baxıb ehtiraslandım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu səbəbdən də əlləri ilə Eldənizin başından sığallayıb və boynundan, sifətindən öpüb: “Eldəniz də xəstə olduğu üçün və əqli geriliyi olduğu üçün heç nə başa düşməyib. Elə bilib ki, onu əzizləyirəm. Eldənizə qarşı mehriban olduğum üçün hər gün məhəlləyə çıxdıqda yanıma gəlib və mənimlə söhbət edib. Mən də yenə əvvəlki günlərdə olduğu kimi Eldənizin boynundan, sifətindən öpüb, qucaqlamışam və sığallamışam. Onları etdiyim zaman baxmışam ki, ətrafda heç kəs olmasın. Bir dəfə Eldənizə dənizə gedəcəyimi, mənimlə gəlmək istəyib-istəmədiyini soruşmuşam. Eldəniz də xəstə olduğu üçün mənə razılıq verib. Birlikdə yaşadığımız Sumqayıt şəhəri, Xəzər bağlarının aşağı hissəsində olan dənizə çimməyə getmişik. Dənizdə olduqda öz paltarlarımı çıxartmışam və Eldənizə də köynəyini çıxartmasını, şortikdə dənizə girməsini demişəm. Birlikdə dənizə girib çimmişik. Dənizdə də Eldənizin boynundan öpüb qucaqlamışam. Əllərim ilə onun ayaqlarına, cinsi yerinə toxunmuşam. Eldənizi qucaqlayanda, öpəndə onun intim yerlərinə əllərim ilə toxunanda hisslərimi oyanıb. Mən öz cinsi tələbatımı ödəmişəm. Eldəniz xəstə olduğu üçün mənim  nə etdiyimi başa düşməyib. Eldənizi arada öpəndə məni özündən kənarlaşdıraq öpməyə qoymayıb. Amma çox vaxt ona heç nə deməmişəm. Bu qayda ilə təxminən 2021-ci ilin iyunun 15-dən həmin ilin
iyulun 16-dək 4-5 gündən bir ya dənizə getmişik, yada məhəllədə görüşmüşük”. 

Əziz qeyd edib ki, iyulun 16-da, saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən “Çiraq” restoranına gedərək orada pivə içib: “Təxminən yarım saatdan sonra oradan çıxaraq məhəlləyə getdim. Yolda Eldənizi gördüm. Həmin vaxt Eldəniz velosiped sürürdü. İçkili olduğumdan, həmdə Eldənizi sevdiyimdən onu görən kimi yenə ehtirasım oyandı. Eldənizi yanıma çağırdım və söhbət edərək “Çıraq” kafenin arxasında olan heç kəs olmayan yerə yaxınlaşdım. Eldənizlə birlikdə orada olan daşın üzərində oturduq. Eldənizi qucaqlamağa başladım. İlk öncə Eldəniz istəmədi. Lakin Eldənizi qolum ilə özümə sıxdım və boynunu öpməyə başladım. Eldənizin boynundan öpəndə onu öpməyə qoymaq istəmədi. Mən isə ehtiraslandığım üçün Eldənizin əlindən tutub boynundan öpməyə davam etdim. Eldənizi öpəndə onun bədəninə və intim yerlərinə də toxundum. Mən həmin vaxt içkili olmuşam, özümdə olmamışam. Ola bilsin ki, Eldənizin əynində olan şortikini aşağı çəkmişəm.  Bu vaxt öz tələbatımı ödəmişım. Bizim yanımıza adlarını dəqiq xatırlamadığım 2 nəfər kişi gəldi. Həmin şəxslər mənə uşaqla nə etdiyimi soruşdular. Mən isə onlara oturub söhbət etdiyimi dedim. Lakin həmin şəxslər mənim Eldənizi öpdüyümü, Eldənizin əynindəki şortikinin aşağıda olduğunu görmüşdülər. Bu səbəbdən onlar Eldənizə evə getməyi dedilər. Mən də Eldəniz getdikdən sonra evə doğru getməyə başladım. Evə gedən vaxt Eldənizin atası məni arxadan çağırdı. Bizi görən qonşular Eldənizin atasına olanları dedilər. Bu səbəbdən Eldənizin atası məni vurmaq istəyəndə qonşular onun qarşısını aldılar. Mən öz yaşadığım evə gəldim. İyulun 17-də səhər tezdən evdə olarkən polis əməkdaşları yaşadığım evə gələrək məni polis bölməsinə dəvət etdilər. Mən də polis əməkdaşları ilə polis bölməsinə getdik. Hər şeyi olduğu kimi dedim”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əziz 8 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Qeyd edək ki, bundan əvvəl Əziz 2008-ci ildə Cinayət Məcəlləsinin 145.2.4 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 149.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.5 (təkrar zorlama), 150.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə mühakimə olunub. Ona həmin il 11 il cəza təyin edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top