Bu çiyələkləri yeyərkən diqqətli olun — MƏSLƏHƏT

GÜNDƏM 03 iyn 2024, 13:26
Mövsümi meyvələrdən olan çiyələk bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Kliniki Tibbi Mərkəzin (KTM) məlumatında qeyd olunur ki, bu allergik reaksiya orqanizmin çiyələyin tərkibindəki zülallara qarşı həssaslığı nəticəsində yaranır. Özünü yüngül qaşınmadan şiddətli dəri səpgilərinə və ya tənəffüs problemlərinə qədər dəyişən əlamətlərlə büruzə verir. KTM çiyələk allergiyasının simptomları barədə də  xəbərdarlıq edib. Belə ki, müxtəlif əlamətlərlə özünü göstərən bu allergiya zamanı ağızda və boğazda qaşınma, dodaqların və dilin şişməsi, dəri səpgiləri, qızartı və qaşınma, sulu və qaşınan gözlər, burun tıxanıqlığı və asqırma baş verir. 

Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, allergiyaya səbəb olan çiyələklər, əsasən, istixana şəraitində yetişdirilənlərdir:

“Həmçinin allergiyası olan insanlar təbii yetişən çiyələk yeyəndə də onlarda allergiya yaranır. İstixanada yetişən çiyələklər dərmanlanır. Bu dərmanlar da insan sağlamlığı üçün ziyanlıdır. Peptisitlər insanlara allergiya verə bilir. Ona görə də çiyələyi az yemək lazımdır. Elə adam var ki, günorta yemək yemir, ancaq çiyələk yeyir. Bu, yolverilməzdir. Hər bir qida kimi çiyələk də normasında yeyilməlidir. Yəni, 5-6 ədədlə kifayətlənmək lazımdır. Çiyələk təmiz yuyulmalıdır. AQTA peptisitlərlə bağlı maarifləndirici videoçarx hazırlayıb, ona baxmağı tövsiyə edirəm”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top