Lunyov "Qarabağ"dan ayrılır

İDMAN 30 may 2024, 13:47
"Qarabağ" Andrey Lunyovla yollarını ayırmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, rusiyalı qalkiperin komandada qalmayacağı dəqiqləşib.

Belə ki, ölkə kubokunun "Zirə"yə qarşı keçiriləcək final oyunundan sonra Andrey Azərbaycanı tərk edəcək.

Onunla müqavilə müddəti artırılmayacaq.

Qeyd edək ki, Lunyov mövsümün əvvəlində " Bayer"dən ayrılaraq "Qarabağ"a keçmişdi. (Apasport)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top