Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq — Ceyhun Bayramov

COP29 30 may 2024, 12:54
COP29-a sədrlik etmək böyük məsuliyyətdir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Azərbaycan özü inkişaf etməkdə olan dünyanın bir parçasıdır və bu ölkələrin üzləşdiyi çətinlikləri anlayır.

XİN rəhbəri qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inkişaf etməkdə olan ölkələr üçün böyük bir fürsətdir: “Çünki qeyd etdiyim kimi, biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin fərqindəyik. Bu mənada Azərbaycan inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin yaratdığı problemlərin öhdəsindən gəlməsi, adaptasiyası üçün maliyyə resurslarının təminatına imkan verən yekun sənədin razılaşdırılması üçün çalışacaq. Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top