Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edildi

DAXİLİ SİYASƏT 30 may 2024, 11:54
Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.

Demokrat.az xəbər verir ki, mədəniyyət nazirinin müvafiq əmri ilə Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin olunub.

Mustafa Abbasbəyli bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Nazirin bir başqa əmri ilə isə Cəsarət Valehov nazir Adil Kərimlinin müşaviri təyin edilib.

O, bir müddət öncə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.

Hər iki təyinatı Mədəniyyət Nazirliyindən APA-ya təsdiq ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top