XİN Türkiyəyə başsağlığı verdi

XARİCİ SİYASƏT 27 may 2024, 10:29
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə bağlı başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, dünən Tarsus-Adana-Gaziantep magistralında 4 avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Xəsarət alanlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top