Zəngəzur dəhlizi ilə bağlı açıqlama: “Naxçıvan və Rusiya ilə...”

GÜNDƏM 26 may 2024, 00:27

Zəngəzur dəhlizinin açılması orta dəhlizin və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xəttinin effektivliyini artıracaq.

Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin inkişafına müsbət töhfə verəcək. Orta dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla inkişaf etdirilə biləcək yeni layihələrin sayı artacaq. Həmçinin Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsiəldə edilə biləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq",- deyə Abdulkadir Uraloğlu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top