İcra hakimiyyətindən aparıcının körpü ilə bağlı şikayətinə REAKSİYA — VİDEO (YENİLƏNİB)

SOSİAL 23 may 2024, 15:46
Aparıcı Mətanət Əliverdiyeva Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpünün qəzalı vəziyyətdə olduğunu bildirmişdi.

Demokrat.az xəbər verir ki, həmin problemə Sumqayıt Şəhər İcra Hakimiyyəti reaksiya bildirib.

Rəsmi qurumdan Baku.ws-ə verilən məlumata görə, məsələ tez zamanda öz həllini tapacaq:

"Məsələ aidiyyatı qurumların diqqət mərkəzindədir və problemin aradan qaldırlması üçün tədbirlər görüləcək".

***
12:39


Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətə düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə "Xəzər axşamı" proqramının aparıcısı Mətanət Əliverdiyeva bildirib.

O qeyd edib ki, körpü uçmaq təhlükəsi ilə üz-üzədir. Aparıcı problemi efirdə söyləyərək aidiyyatı qurumları bu məsələni həll etməyə səsləyib:

"Mən bir vətəndaş kimi o yolu gedib-gəldiyim üçün problemi bildirmək istəyirəm. Daş bazarı ilə Saray qəsəbəsini birləşdirən bir körpü var. Oradan hər gün minlərlə minik, o cümlədən yüksək tonnajlı yük avtomobilləri keçir. Lakin son zamanlar həmin körpüdə çox iri çatlar meydana gəlib. Oradan hətta özəl məktəblərdə təhsil alan şagirdləri daşıyan servis avtobusları da keçir. Oradan keçəndə öz-özümə deyirəm ki "Görəsən bu dəqiqə körpü uçacaq yoxsa yox?" Yəni o dərəcədə qəzalı vəziyyətdədir. Aidiyyatı qurumlara səslənirəm, nəzərə alsınlar. Orada avtomobillər iki istiqamətdə şütüyür. Bir gün o çatlar daha da böyüyəcək".

Ətraflı videoda:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top