İlk dəfə insanda quş qripi aşkarlandı

DÜNYA 22 may 2024, 22:00
Avstraliyanın Viktoriya əyalətində ilk dəfə bir nəfər sakində quş qripi (H5N1) aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə əyalətin səhiyyə orqanları məlumat yayıb.

Məlumata görə, quş qripinə yoluxan şəxs azyaşlıdır. Onun ölkəyə bu ilin mart ayında Hindistandan gəldiyi və özünü yaxşı hiss etmədiyi vurğulanıb. 

Sonrakı müayinələr zamanı azyaşlının quş qripinə (H5N1) yoluxduğu məlum olub.

Azyaşlının müalicədən sonra tam sağaldığı bildirilib. 

Qeyd edək ki, son aylarda ABŞ-də südlük inəklərdə quş qripi aşkarlanıb, fermada çalışan şəxs xəstəliyə tutulub. 

Avstraliyadakı quş qripi virusunun ABŞ-dəki kimi olmadığını vurğulayan yerli rəsmilər virusun insanlara nadir hallarda keçdiyini bildiriblər.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top