“Hər deputatın ürəyində deyə bilmədiyi yüzlərlə söz var”​

DAXİLİ SİYASƏT 22 may 2024, 11:16
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də onun agentliklərinin rəhbərləri ilə səmimi görüş təşkil edilsin. Orada suallar səmimi verilsin, media olmasın, özümüz olaq”​. 

Demokrat.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

“Bəlkə də bir çoxu bu günədək deyə bilmədiklərini deyəcək. Mən bilirəm ki, hər deputatın ürəyində deyə bilmədiyi onlarla, yüzlərlə söz var. Mən istəyərdim elə bir görüş olsun ki, bir-birimizlə media üzərindən, tribuna üzərindən danışmayaq”, - deyə millət vəkili vurğulayıb. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top