MDB ölkələri ilə ticarət dövriyyəsi azalıb — SƏBƏBLƏR

İQTİSADİYYAT 22 may 2024, 10:48
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında 1 milyard 917 milyon 636 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub. Statistikaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. 

İqtisadçı Toğrul Vəliyev Demokrat.az-a açıqlamasında azalmanın səbəblərinə aydınlıq gətirib. 

O qeyd edib ki, buna müxtəlif amillər təsir edir:

“Hansısa bir ölkə ilə dövriyyə azalarsa, digər bir ölkə ilə bu arta bilər. Yəni hər ölkə üçün bu göstərici fərqlidir. Dövriyyəyə baxsaq, görərik ki, azalma, əsasən, Rusiya və Türkmənistanla bağlıdır. Yəni, burada dövriyyənin 60-70 faizini Rusiya təşkil edir. 

Digərləri isə Türkmənistan, Qazaxıstan və digər ölkələrdir. Rəqəmlər də, əsasən, Türkmənistan və Rusiya üzərində hesablanıb. Keçən ilin ilk rübündə Rusiyadan kifayət qədər təbii qaz idxal etmişdik. Bu il isə heç nə idxal etmədik. 

Nəticə etibarilə, ümumi dövriyyə azaldı. Türkmənistana keçən il 150 milyon dövr həcmində xam neft idxal etmişdik. Bu il isə bu idxalın həcmi qat-qat azdır. Yəni, bu iki rəqəm artıb-azalmanın böyük hissəsini təşkil edir. 

Əlbəttə ki, digər məhsullar üzrə də azalmalar var. Səbəblər müxtəlifdir. Əsas səbəb daha çox qiymət artımıyla bağlıdır. Eyni zamanda əhalinin tələbatının azalması da buna gətirib çıxarır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top