"Əgər qiymət 4 manat 50 qəpik olarsa..." — Ekspert danışdı

GÜNDƏM 21 may 2024, 14:45
Növbəti aydan etibarən ölkədə taksilərin qiymətinin artacağı gözlənilir. Bu barədə sosial şəbəkələrdə yazırlar. Belə ki minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir. 

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, bu məlumatlar əslində hələ də təsdiq olunmayıb:



“Bəlkə də yaxın gələcəkdə qiymət artımı təsdiqini tapa bilər.Taksi qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Əgər qiymət 4  manat 50 qəpik olarsa, bu, heç kimə sərf etməyəcək. İstər taksi sürücüləri, istərsə də sərnişinlər bundan narazı olacaqlar. Bu zaman ictimai nəqliyyata tələb artacaq. Taksi sayının Bakı şəhərində azalması müşahidə olunacaq. Bununla yanaşı qeyri-qanuni fəaliyyət göstərən taksilər meydana çıxacaq.  Bu zaman da avtomobillərin sayı artmaqda davam edəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top