“Azərbaycan gəlib sizin ofisin qapısında post qoysa nə edəcəksiniz?”

XARİCİ SİYASƏT 21 may 2024, 14:27
“Əgər müxalifətin dediklərinə inansaq deməli belə çıxır Ermənistanın dövlət sərhədi yoxdur”.

Demokrat.az bildirir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün  keçirilən iclasında “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın tənqidinə cavab verərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan öz müstəqilliyini konkret sərhədlər çərçivəsində əldə edib: “İndi siz bəyan edirsiniz ki, Ermənistan Respublikasının heç bir sərhədi yoxdur. Bunu da parlamentin tribunasından səsləndirirsiniz. İndi rəqib ölkə gəlib ofisinizin qapısında post qursa və bu sözlərinizi xatırlatsa, onda nə edəcəksiniz? Sözlərinizə diqqət edin. Ermənistanın aydın və çox konkret sərhədi var”, – Simonyan qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top