"Fəvvarələr meydanında şəkil çəkdirirlər, mitinq kimi təqdim edirlər"

SİYASƏT 21 may 2024, 12:28
“Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər. Guya bunlara işgəncə verirlər, ona görə bu mitinq keçirilib”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu yolla xaricdən sığınacaq almağa çalışırlar: “Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top