Sakit Okean vətəndaş cəmiyyəti təşkilatları Yeni Kaledoniya ilə bağlı bəyanat yayıb

DÜNYA 20 may 2024, 16:09
Sakit Okean regionunda fəaliyyət göstərən 30-a yaxın təşkilat Fransa hökumətinin Yeni Kaledoniyada dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq birgə bəyanat yayıb.

Demokrat.az xəbər verir ki, bəyanatda Fransanın dekolonizasiya prosesini idarə etmək iqtidarında olmadığı vurğulanaraq, BMT-dən, eləcə də Sakit Okean hövzəsi ölkələrinin rəhbərlərindən prosesə müdaxilə etmək tələb olunur.

Onlar iğtişaşların səbəbi kimi Fransa hökumətinin Yeni Kaledoniyada seçki qanunvericiliyini zorla dəyişmək inadından qaynaqlandığını qeyd ediblər:

“Son aylarda Kanak liderləri dəfələrlə yerli xalqların öz müqəddəratını təyinetmə hüququnu təhlükə altına alan və ərazinin gələcək statusu ilə bağlı davam edən dinc dialoqu təhdid edən yerli seçki qanunvericiliyinə təklif edilən konstitusiya dəyişikliyinin geri götürülməsinə çağırışlar edib”.

Makron hökumətini müstəmləkəçilikdə ittiham edən bəyanat müəllifləri, Fransa tərəfindən birtərəfli qaydada təklif edilən bu dəyişikliklərin kanak xalqını öz torpağında azlığa çevirəcəyini və onların azadlığa gedən yollarını bağlaya biləcəyini vurğulayıb:

“Aydındır ki, Fransa hökuməti Makronun rəhbərliyi altında bu dekolonizasiya prosesinə nəzarət etmək iqtidarında deyil və yararsızdır. BMT daha ədalətli və dinc keçidi bərpa etmək üçün müdaxilə etməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top