Məşhur aparıcı AzTV-dən ayrıldı

MEDİA 17 may 2024, 14:08
Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kanalla işbirliyinə son qoyub. 

S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: 

“Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzunmüddətli icazə almaq olmur. 
Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”. 

Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə ara verib. 2020-ci ildən isə AzTV-də çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top