Azərbaycan ATƏT-in prinsiplərinə sadiq qalır — Ceyhun Bayramov

XARİCİ SİYASƏT 14 may 2024, 12:55
Bu gün ATƏT-in nümayəndə heyəti ilə geniş spektrli məsələlər müzakirə olunub.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib.

“Bu gün biz nümayəndə heyəti ilə geniş spektrli məsələləri müzakirə etdik. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq, Maltanın ATƏT-də sədrliyi, bu təşkilatın üzləşdiyi çağırışlar, Azərbaycanın COP29-da sədrliyi, o cümlədən regiondakı vəziyyət və sülh prosesi müzakirə olunub", - o vurğulayıb.

Onun sözlərinə görə, ATƏT bir sıra çağırışlarla üzləşir: “Təşkilatın üzvü olan ölkələr onun prinsiplərinə əməl etməlidirlər. Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edib, xüsusən də ərazi bütövlüyü prinsipinə sadiqlik baxımından”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 noyabr 2024, 09:21
Top