"İyunda şəhərimizdə 370 ailə yaşayacaq" — Şuşa icra başçısının müavini

QARABAĞ 14 may 2024, 08:16
Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.

Demokrat.az xəbər verir ki, bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açıqlayıb.

“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.

O əlavə edib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatiyası, böyük sərkərdəliyi sayəsində bu uğura nail olmuşuq”.

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top