Ümummilli Lider Heydər Əliyevin Ağdam səfəri — NADİR KADRLAR

SİYASƏT 08 may 2024, 12:28
"Sovet İttifaqı Kommunist Partiyası 26-cı qurultayının tarixi qərarını inamla həyata keçirən Azərbaycanın kənd əməkçiləri 11-ci 5 illiyin plan və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə səy göstərirlər.Qazanılmış nailiyyətlər Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin həyata keçirdiyi böyük təşkilatçılıq işinin nəticəsidir. Təsərrüfat ilinin qızğın çağında keçirilən partiya təsərrüfat yığıncaqlarında, zonalarda Heydər Əliyevin kənd əməkçiləri ilə görüşləri imkanları geniş səfərbərliyə almaqda böyük rol oynamışdır".

Demokrat.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızıl Fond"unda qorunan 1981-ci illərə aid arxiv materialında bildirilib.

Sözügedən kadrlarda iştirakçılar Ağdam rayonunun pambıq tarlalarında işin gedişi ilə yaxından tanış olublar. Heydər Əliyev qeyd edib ki, həmin illərdə respublikamızın bütün rayonlarının ağ qızıl ustalarının işi yüksək diqqətə layiqdir. Müşavirədə respublikamızın taxılçılığın sürətli inkişafından bəhs edilib. Həmin illərdə Ağdam taxılçılarının qazandığı nailiyyətlər sözün əsl mənasında təqdirəlayiq olub.

Ətraflı videomaterialı təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top