Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradıldı

SOSİAL 06 may 2024, 10:57
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinin tərkibində müxtəlif səviyyələrdə işçi qrupları yaradılıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

"İşçi qrupları müvafiq istiqamətlərdə fəaliyyət göstərirlər. Bununla bağlı hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə açıqlanacaq” – Agentlik bildirib.

Qeyd edək ki, Qarabağ Universitetinə rektor təyinatı olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top