“Elçin mənim belimi qırdı” — Abid Şərifov (VİDEO)

DAXİLİ SİYASƏT 29 apr 2024, 11:16
“Hər kəs çətinliyi fərqli şəkildə yaşayır. Elçin mənim belimi qırdı. Allah heç kəsə bala dərdi göstərməsin”.

Demokrat.az xəbər verir ki, bu sözləri Baş nazirin sabiq müavini Abid Şərifov ASAN TV-yə müsahibəsində deyib.

O, mərhum oğlunun xəstəliyinin səbəblərini açıqlayıb: “İlk dəfə sol qıçında problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-yə apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Onlar dedilər ki, bunun müalicəsi yoxdur. Müalicə üçün Almaniyaya, İngiltərəyə və İsrailə də apardıq, ancaq düzəlmədi. Dedilər ki, bu xəstəliyin səbəbi stres və qorxu ola bilər. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”.

Qeyd edək ki, Elçin Şərifov ötən il vəfat edib. O, uzun illər əvvəl iflic olmuşdu.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2024, 08:23
Top