Nigeriyada silahlı hücum: Ölənlər var

DÜNYA 23 apr 2024, 22:40
Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hücum naməlum silahlı şəxslər tərəfindən həyata keçirilib. 

Hücumda həyatını itirənlərlə yanaşı, əksəriyyəti qadın olmaqla çoxlu adam qaçırılıb. 

Qeyd edək ki, son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatları əhaliyə hücumlar edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top