Ermənistan-İran avtomobil yolu bağlanıb

REGİON 21 apr 2024, 23:51
Ermənistan-İran dövlətlərarası avtomobil yolunun 234-cü kilometrliyindən sel keçib və torpaq sürşməsi baş verib.

APA xəbər verir ki, bu barədə Ermənistan Yol İdarəsindən məlumat verilib.

Nəticədə Ltsen-Tatev yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Hazırda ərazinin təmizlənməsi və hərəkətin bərpası istiqamətində işlər aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top