Ukraynada qadınlar da orduya çağırılır: Sakinlərdən reaksiya — VİDEO

DÜNYA 21 apr 2024, 23:45
Ukraynada uzun zamandır müzakirə edilən “Kütləvi səfərbərlik haqqında” qanunun qadınların orduya cəlb olunması bəndi ixtisar olunmaqla qəbul edildikdən sonra Müdafiə Nazirliyi yeni təşəbbüslə çıxış edib.

Belə ki, Ukrayna cəbhəsində ehtiyac yaranarsa, qadınlar da orduya səfərbər ediləcək. Bəs Ukrayna qadınları səfərbərliyə nə qədər hazırdırlar?

Baku TV Ukraynada sorğu keçirərək bununla bağlı ukraynalı xanımların mövqeyini öyrənib.

Dnepr sakini Darina Kirilenko qadınların orduya cəlb olunmasını normal qarşıladığını bildirib:

“Əgər bizdən Ukraynanı müdafiə etmək tələb olunursa, deməli müdafiə etməliyik. Orduya getmək lazım gələcəksə, gedəcəyik. İstər qızlar, istər oğlanlar olaraq müdafiə edəcəyik. Hazırda atam və babam döyüşürlər, ölkəmizi müdafiə edirlər. Atam yaralanıb. Ona görə mən də hazıram. Ümumiyyətlə, ukraynalı qadınların səfərbərliyə tam hazır olub-olmamasına gəlincə isə məncə, bir qismi hazırdır, bir qismi yox”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top