Netanyahu yaxın günlərdə HƏMAS-a təzyiqi artıracağına söz verib

DÜNYA 21 aprel 2024, 21:55

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin HAMAS hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.

APA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Yaxın günlərdə HAMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.

O, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin müstəsna rolunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top